AzGec - Azərbaycan Gözdən Əlillər Cəmiyyəti - Forum - Rəsmi Səhifə

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.



Сумка для наличных денег

Tarix, Statistik melumat.

Сообщений 1 страница 2 из 2

1

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti - Az.GƏC 1931-ci ildə  (Keşmiş Azərbaycan  Korlar Cəmiyyəti)  yaradılmısdır.

Onun əsas vəzifəsi  Azərbaycan Respublikası ərazisində yaşayan gözdən əlilləri qeydiyyata almaq, onlarıın həyat şəraitinin yaxşılaşdırılmasına  dair dövlət siyasətinin müəyyən edilməsində iştirak etmək,  onların təhsil, səhiyyə, reabilitasiya, idman, mədəniyyət, istirahət, informasiya, məşğulluq,  mənzil və s. problemlərinin  həll  olunmasına birbaşa və bilavasitə kömək göstərməkdən ibarət idi.

Respublikada statistik məlumatlara görə 35 min gözdən əlil yaşayır. Onlardan 5 mini gözdən əlillər cəmiyyətinin üzvüdür.
Az. GƏC -  nin  əsas məqsədi gözdən əlilləri öz ətrafında birləşdirib onlara hərtərəfli xidmət göstərmək üçün hüquq və mənafelərini müdafiə etmək, gözdən əlillər barədə dövlət siyasətinin müəyyən edilməsində və həyata keçirilməsində fəal iştirak etmək, sosial – reabilitasiya  və cəmiyyətə inteqrasiya ilə məşğul olmaq, əmək, təhsil, tibb, peşə  hazırlığı, idman və mədəni həyat tərzinə əlilləri cəlb etməklə sosial müdafiələrini və ictimai fəallıqlarını inkişaf etdirmək, habelə maddi məişət şəraitinin yaxşılaşdırılmasına  kömək etməkdən ibarətdir.

0

2

Salam. Mən birinci qrup gözdən əliləm. Bu ilin dekabr ayında pensiyamı azaldıblar. Görəsən kiminsə başına belı iş gəlibmi?

0